Another advertisement
Gürcüstanda Hökumət Administrasiyasının təşkilatçılığı ilə Avropa günləri qeyd olunur.
Gürcüstan Hökumət Administrasiyasdan məlumat verirlər ki, mayın 6-da və 7-də Orbeliani meydanında ispan və isveç axşamları təşkil olunacaq.
Tədbir çərçivəsində xüsusi tərtibatlı məkana gələn qonaqları müxtəlif maarifləndirici və əyləncəli tədbirlər və instalyasiyalar gözləyir.
Tədbir saat 17:00-da Orbelian meydanında başlayacaq.
Tədbir proqramı ilə sizi tanış edirik:
6 May – İspaniya günü
- 17:00-20:00 – İspan kafesi – ənənəvi paella üzrə master-klass və dequstasiyası ;
- Sangria üzrə master-klass və dequstasiya;
- Koqnitiv qurğular; gül sərgisi və foto guşəsi;
- Gitara ifa və rəqs performansı/master-klass;
- Ənənəvi geyimlərin sərgisi ;
- 20:00 – 21:00 – “Antonio Gades” şirkətinin çıxışı ;
- Tamaşalardan flamenko xoreoqrafik səhnələri;
- Fasilə zamanı xüsusi qonaq Gürcüstan Milli Baleti “Suxişvili”.
7 May – İsveç günü
- 17:00-20:00 – isveçli aşpaz və Gürcüstan Masterchef mükafatının qalibi arasında koloborasiya;
- Master-klass və dequstasiya; “Karlson” tamaşası ilə Kukla Teatrı;
- İnteraktiv guşə “Pepinin Evi”;
- İsveçli müəlliflərin kitablarının sərgisi və satışı;
- İsveç kafeləri və koqnitiv qurğular;
19:00-19:30 – Müğənni Sofiya Karlsonun konserti;
19:30-20:45 – “Riltons Vaner” ansamblının konserti.