This is a specific ad

Gürcüstanda Hepatit B ilə mübarizə üzrə dövlət proqramı işə salınıb

74

Another advertisement

Gürcüstanda hepatit B ilə mübarizə üzrə dövlət proqramı başlayıb. Hepatit B daşıyıcısı xəstələr bu xidmətdən pulsuz yararlanacaqlar. Proqramın birinci mərhələsində xəstələr hepatit B üçün yoxlanılaraq diaqnoz qoyulacaq və sentyabr ayında müalicəyə başlayacaqlar.

QafqazTürk Media xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

“Proqram çərçivəsində xəstələrin skrininqinin, müalicəyə daxil edilməsi üçün zəruri olan diaqnostik tədqiqatların və müalicənin monitorinqinin xərcləri tam şəkildə dövlət tərəfindən ödəniləcək, o cümlədən xəstələr hepatit B dərmanları ilə pulsuz təmin ediləcək.

Proqramın benefisiarları xroniki HBV infeksiyası olan şəxslər, həmçinin xroniki hepatit B diaqnozu qoyulmuş və artıq antiviral müalicə alan şəxslər kimi müəyyən edilir. Xəstələr komissiya əsasında proqrama daxil ediləcəklər.

Hepatit B olan və kliniki olaraq bu mərhələdə müalicəyə ehtiyacı olmayan şəxslər üçün proqramda 12 ayda bir dəfə həkim təyinatına uyğun olaraq təkrar diaqnostik tədqiqatların aparılması nəzərdə tutulur.

Hepatit B virusuna yoluxması təsdiqlənməyən həmin şəxslərə xəstəliyin qarşısının alınması proqramı çərçivəsində hepatit B əleyhinə peyvənd vurulması təklif olunacaq və bu da dövlət tərəfindən tam ödəniləcək”, – məlumatda deyilir.

 

Kateqoriya: Sağlamlıq
Sonrakı yazı
Tbilisidə şəxs qonşusuna soyuq silahla xəsarət yetirib
Öncəki yazı
ABŞ Konqresində Gürcüstan və Moldovada keçiriləcək seçkilərlə bağlı dinləmələr keçiriləcək