This is a specific ad

Gürcüstanda həbsdə olan Azərbaycan vətəndaşlarının sayı

11

Another advertisement

Gürcüstan həbsxanalarında 101 Azərbaycan vətəndaşı saxlanılır.

QafqazTürk.com xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin cari ilin iyun ayına olan göstəricilərə əsasən təqdim etdiyi hesabatında bildirilib.

Qeyd olunub ki, həbsdə olan Azərbaycan vətəndaşlarından 12-si qadın, 89-u isə kişidir.

Həbsdə olanlardan Azərbaycan vətəndaşlarından biri həddi buluğa çatmayan oğlandır. Məlumata görə, həbsdə olan Azərbaycan vətəndaşlarından 19-na qarşı ittiham irəli sürülüb, 82-si barəsində isə hökm oxunub.

Gürcüstanda probasiya nəzarətində saxlanılan Azərbaycan vətəndaşlarının sayı isə 51 nəfər təşkil edib. Onlardan 21-i Tbilisidə, 16-sı Kvemo-Kartlidə (Borçalı), 3-ü Kaxeti, 11-i isə Acarıstan-Quriya bölgəsindədir.

Gürcüstan həbsxanalarında hazırda 46 İran, 25 Ermənistan, 112 Rusiya, 192 Türkiyə və 42 Ukrayna vətəndaşı olmaqla ümumilikdə 729 əcnəbi saxlanılır.

Kateqoriya: Cinayət, Maraqlı
Sonrakı yazı
Ombudsman nümayəndəsi Batumidə keçirilən aksiyada saxlanılanlarla görüşüb
Öncəki yazı
Çin və Gürcüstan arasında strateji tərəfdaşlıq