Gürcüstanda güclü yağış, dolu və külək gözlənilir – xəbərdarlıq verildi

96

Gürcüstanın Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, iyulun 20-si günün sonundan iyulun 22-si səhərinədək ölkə ərazisində yüksək temperatur fonunda arabir qısamüddətli yağış və şimşəkli hava proqnozlaşdırılır. Dağlıq və yüksək dağlıq zonalarda bəzi yerlərdə güclü yağış, dolu və küləyin güclənməsi ehtimalı var.

Qurumun bildirdiyinə görə, gözlənilən yağıntılar Şərqi Gürcüstanın kiçik çaylarında selə, təpəlik və dağlıq ərazilərdə isə torpaq sürüşməsi və palçıq axını kimi geoloji proseslərin başlanmasına və ya aktivləşməsinə səbəb ola bilər. Təhlükə səviyyəsi – orta dərəcədədir.

Kateqoriya: Cəmiyyət, Gündəm
Sonrakı yazı
20 İyul 1974 – Kıbrıs Barış Hərəkatından 51 il ötür
Öncəki yazı
Suriyada atəşkəs razılaşması qüvvəyə mindi