Gürcüstanda gözlənilən hava şəraiti açıqlandı – Bu tarixdə yağış yağacaq

2

Gürcüstanda oktyabrın 4-də yağıntılı hava şəraiti davam edəcək, oktyabrın 5-6-da isə əsasən yağıntısız hava şəraiti gözlənilir.

QafqazTürk.com xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.

Oktyabrın 4-də Tbilisidə qısamüddətli yağış yağacağı ehtimalı var. Oktyabrın 5-6-da hava əsasən yağıntısız keçəcək. Havanın temperaturu gündüz +21, +23 dərəcə təşkil edəcək.

Sahil rayonlarında (Batumi, Kobuleti, Anakliya, Poti): oktyabrın 4-də bəzi yerlərdə yağıntılı hava şəraiti davam edəcək. Oktyabrın 5-6-da hava yağıntısız keçəcək. Havanın temperaturunun gündüz +22, +24 dərəcə isti olacağı gözlənilir.

Qərbi Gürcüstanın düzənlik rayonlarında (Kutaisi, Zestafoni, Zuqdidi, Martvili, Ozurqeti): oktyabrın 4-də yağışlı, 5-6-da yağıntısız hava şəraiti davam edəcək. Havanın temperaturu gündüz +23, +25 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsageri, Şovi, Çiatura, Saçxere, Xulo): oktyabrın 4-də bəzi yerlərdə yağış yağacağı gözlənilir. Oktyabrın 5-6-da hava yağıntısız keçəcək. Havanın temperaturu gündüz +22, +24 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): oktyabrın 4-də bəzi yerlərdə yağış yağacağı gözlənilir. Oktyabrın 5-6-da hava yağıntısız keçəcək. Havanın temperaturu gündüz +13, +15 dərəcə təşkil edəcək.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali): oktyabrın 4-də bəzi yerlərdə yağış yağacağı gözlənilir. Oktyabrın 5-6-da hava yağıntısız keçəcək. Havanın temperaturunun gün ərzində +21, +23 dərəcə isti olacağı gözlənilir.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistskaro) oktyabrın 4-də yağış yağacağı, bəzi yerlərdə dolu düşəcəyi gözlənilir. Oktyabrın 5-6-da hava əsasən yağıntısız keçəcək. Havanın temperaturu gündüz +21, +23 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq ərazilərində (Axalsixe, Borjomi, Duşeti, Tianeti, Pasanauri): oktyabrın 4-də bəzi yerlərdə yağış yağacağı gözlənilir. Oktyabrın 5-6-da hava yağıntısız keçəcək. Havanın temperaturu gündüz +19, +21 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın yüksək dağlıq ərazilərində (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): oktyabrın 4-də bəzi yerlərdə yağış yağacağı gözlənilir. Oktyabrın 5-6-da hava yağıntısız keçəcək. Havanın temperaturu gündüz +13, +15 dərəcə təşkil edəcək.

0
0
Kateqoriya: Cəmiyyət, Maraqlı
Sonrakı yazı
დღეს უნდა გაგაცნოთ ჯავახეთში გავრცელებული ყველის სახეობა როგორიცაა ,,ტენილი ყველი;
Öncəki yazı
Paşinyan istefa verməyə hazır olduğunu açıqlayıb