Gürcüstanda gənclərin 46%-ni valideynləri maliyyələşdirir – STATİSTİKA

3

Gürcüstanda gənclərin 46%-ni valideynləri maliyyələşdirir.

QafqazTürk.com xəbər verir ki, bu barədə “Müstəqil Gürcüstanın Nəsilləri: Ümidlər və Qeyri-müəyyənlik Arasında – Gənclik Sorğusu 2023″də qeyd olunub.

Sorğunun nəticələrinə görə, respondentlərin 37%-nin şəxsi gəliri var və hər on gəncdən təxminən biri (12%) maddi cəhətdən tərəfdaşından asılıdır.

Araşdırmada həmçinin qeyd olunur ki, respondentlərin 7%-i dövlət yardımı alır, 5%-i ailə pensiyası alır, respondentlərin isə 1%-dən az hissəsi daşınmaz əmlak icarəsi, qrant və ya tələbə kreditlərindən gəlir əldə edir.

Bundan əlavə, gənc kişilər qadınlara (28%) nisbətən bir növ şəxsi gəlirə (49%) daha çox sahibdirlər.

Ali təhsilli respondentlərin (65%) və məşğul gənclərin (96%) öz gəlirlərinə sahib olma ehtimalı daha yüksəkdir. Tbilisidən kənarda, o cümlədən digər şəhərlərdə (33%) və kənd yerlərində (32%) yaşayan gənclərin öz gəlirləri daha azdır.

Məlumat üçün bildirək ki, Fridrix Ebert Fondu gənclər arasında sorğunu ilk dəfə 2016-cı ildə, ikinci dəfə isə 2023-cü ildə keçirib.

0
0
Kateqoriya: İqtisadiyyat
Sonrakı yazı
Mütəxəssisdən xəbərdarlıq: “Koronavirusun yeni variantına vaksin kömək etməyə bilər”
Öncəki yazı
Oktyabrın 1-dən tbilisinin hansı küçələrdə saatlıq parkinq tətbiq olunacaq