Gürcüstanda dövlət qurumlarında ödənişli təcrübə proqramı başlayır

51

Gürcüstan hökumətinin qərarına əsasən, bu ilin oktyabr ayından etibarən məzuniyyət ərəfəsində olan tələbələr və məzunlar müxtəlif dövlət qurumlarında 3 aylıq ödənişli təcrübə proqramında iştirak edə biləcəklər.

Proqram çərçivəsində 413 nəfərə Daxili İşlər Nazirliyinin müxtəlif strukturlarında ödənişli təcrübə keçmək imkanı yaradılacaq.

Təcrübədə iştirak etmək istəyənlər 1–10 sentyabr tarixlərində www.hr.gov.ge portalı vasitəsilə müraciət edə bilərlər.

Namizədlər üçün əsas şərtlər:

Gürcüstan vətəndaşı olmaq;

Dövlət dilini bilmək;

Bakalavriatın son kursunda oxumaq, magistr pilləsində təhsil almaq və ya 2024–2025-ci tədris ilinin yaz semestrində bakalavriat/magistraturanı bitirmək.

Seçim zamanı namizədlərin akademik göstəriciləri (GPA) nəzərə alınacaq. Müsahibə mərhələsində yüksək nəticələrə malik olanlara üstünlük veriləcək.

Müraciət üçün tələb olunan sənədlər:

Şəxsiyyət vəsiqəsinin surəti;

Motivasiya məktubu;

Təhsil mərhələsi və akademik göstəricilərlə bağlı məlumat.

Konkurs iki mərhələdən ibarət olacaq – sənədlərin yoxlanılması və müsahibə. Yekun qərarı xüsusi komissiya qəbul edəcək.

 

 

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Parlament müxalifət partiyasından olan 12 deputatın səlahiyyətini tanıyıb
Öncəki yazı
Fransa xəstəxanalarına 2026-cı ilin martına qədər müharibəyə hazır olmaq tapşırıldı