This is a specific ad

Gürcüstanda DNT-nin vahid məlumat bazası yaradılacaq

65

Another advertisement

Gürcüstanda DNT-nin vahid məlumat bazası yaradılacaq.

QafqazTürk.com xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin qısamüddətli planında qeyd edilib.

Daxili İşlər Nazirliyi “DNT məlumatlarının vahid məlumat bazasının yaradılması haqqında” qanunlayihəsini hazırlamaq niyyətindədir.

“Qanunvericilik təşəbbüsünə uyğun olaraq, itkin düşmüş şəxslərin müəyyən edilməsi, cinayətlərin qarşısının alınması, cinayətlərin açılması və ona qarşı səmərəli mübarizənin aparılması məqsədilə DSX Levan Samxarauli adına Milli Məhkəmə Ekspertizası Bürosunda genetik məlumatların saxlanacağı vahid DNT məlumat bazası yaradılacaq.
DNT məlumatlarının məcburi profilləşdirilməsinə məruz qalan subyektlərin siyahısı da müəyyən ediləcək və istənilən şəxs öz DNT məlumatlarını məlumat bazasında qeydiyyatdan keçmək üçün könüllü olaraq təqdim edə biləcək”, – deyə sənəddə bildirilib.

Bundan əlavə, hökumətin parlamentə göndərdiyi planda həmçinin, qanunlayihəsinin qəbulu dövlət büdcəsindən əlavə xərclərin təxminən 13 milyon lariyə qədər vəsaitin ayrılmasına gətirib çıxaracaq.

Kateqoriya: Sağlamlıq
Sonrakı yazı
İraqda Türkiyə hərbçisi şəhid oldu – FOTO
Öncəki yazı
İlham Əliyev Almaniyanın Kansleri və Ermənistanın Baş naziri ilə görüşüb