Another advertisement
“2024-cü ildə Gürcüstan əhalisi üçün dərmanlar daha da əlçatan olacaq“.
QafqazTürk.com xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Tamar Qabunia bildirib.
“Universal səhiyyə proqramı xəstəliklərin, xüsusən də xərçəngin erkən aşkarlanması üçün yeni komponent təqdim edəcək və bu, xəstələr üçün bahalı testləri əhatə edəcək“, – deyə o, bildirib.
Nazir müavini əlavə edib ki, bahalı dərmanların istehsalçılardan birbaşa alınması imkanı vətəndaşlara və dövlətə onların dəyərinin 40%-nə qədər qənaət etməyə imkan verəcək.