This is a specific ad

Gürcüstanda dəmiryolunda qəza zamanı bir Azərbaycan vətəndaşı həyatını itirib

26

Another advertisement

Mayın 26-da Gürcüstanın Tsalka rayonunda bərpa işləri zamanı texniki qatar relsdən çıxıb, hadisə zamanı bir nəfər ölüb, daha üç nəfər xəsarət alıb.

QafqazTürk “Report”-a istinadən xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayır.

“Gürcüstan Dəmir Yolları” bildirib ki, bərpa işlərini həyata keçirən Azərbaycan şirkətidir, ölən və yaralananlar da bu ölkənin vətəndaşlarıdır.

Hadisə ilə əlaqədar Gürcüstanın Daxili İşlər Nazirliyində Cinayət Məcəlləsinin 275-ci maddəsi ilə cinayət işi başlanıb.

Sonrakı yazı
Piyadanı avtomobil vurub
Öncəki yazı
İranlı döyüşçülər və talibanlılar bir-birinə atəş açıb, itkilər var