This is a specific ad

Gürcüstanda çoxmillətli “Agile Spirit 2023” təlimləri başlayıb

17

Another advertisement

“Agile Spirit-2023” çoxmillətli təlimi Gürcüstanda hava-desant komponenti ilə başlayıb.

QafqazTürk.com xəbər verir ki,bu barədə Gürcüstan Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

“Gürcüstan 11-ci dəfədir ki, “Agile Spirit-2023” təlimlərinə ev sahibliyi edir. Təlimlərin ilk nümayiş komponenti Vaziani hərbi aerodromunun ərazisində baş tutub”, – məlumatda deyilir.

Qeyd edək ki, ABŞ-nin Avropa Komandanlığının 173-cü Hava Desant Briqadasının şəxsi heyəti aerodromda eniş edib. ABŞ hərbçiləri Amerikanın “C-17” çoxməqsədli hərbi-nəqliyyat təyyarəsindən paraşütlə atılıblar.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Aeroport yolunda qəza baş verib – VİDEO
Öncəki yazı
Yuxarı Saral “İmam Zaman” kənd məscidində ziyalılarla görüş keçirildi – FOTO