Gürcüstanda balıq idxalı rekord səviyyədədir

0

Gürcüstanda təzə və ya soyudulmuş balıq idxalı rekord səviyyədədir.

QafqazTürk.com xəbər verir ki, bu barədə Milli Statistika Xidməti məlumat yayıb.

Məlumata görə, bu ilin 8 ayında 800 ton (6 milyon 531 milyon ABŞ dolları) məhsul idxal edilib ki, bu da son 14 ilin ən yüksək göstəricisidir.

Müqayisə üçün qeyd edək ki, 2009-cu ilin yanvar-avqust aylarında Gürcüstan cəmi 0,18 ton (5,61 min ABŞ dolları), 2010-cu ilin eyni hesabat dövründə isə 0,87 ton (9,97 min ABŞ dolları) balıq alıb. Sonrakı illərdə məhsulun idxalı artsa da, bəzi illərin göstəriciləri kəmiyyət həcminə görə əvvəlki ildən bir qədər geri qalmışdır. Məsələn, 2021-ci ilin 8 ayında 629,2 ton (3 439 milyon ABŞ dolları) balıq idxal edilibsə, 2022-ci ilin yanvar-avqust aylarında idxal olunan balıq 567,4 ton (4 491 milyon ABŞ dolları) təşkil edib.

Ümumilikdə, 2023-cü ilin göstəricisi həm pul, həm də kəmiyyət baxımından bütün dövrləri üstələyib.

2023-cü ildə balığın idxal edildiyi ölkələrin siyahısını təqdim edirik:

Türkiyə – 432,9 ton (2,568 milyon ABŞ dolları)

Norveç – 273,7 ton (3,620 milyon ABŞ dolları)

Yeni Zelandiya – 79,7 ton (236,2 min ABŞ dolları)

İspaniya – 9,81 ton (21,4 min ABŞ dolları)

Hollandiya – 2,58 ton (39,53 min ABŞ dolları)

Fransa – 0,97 ton (42,7 min ABŞ dolları)

Şri Lanka – 0,16 ton (1,89 min ABŞ dolları)

Yunanıstan – 0,14 ton (0,98 min ABŞ dolları).

0
0
Kateqoriya: İqtisadiyyat
Sonrakı yazı
Qoridə baş verən yol qəzası nəticəsində 1 nəfər xəsarət alıb
Öncəki yazı
Güclü yağış nəticəsində Batumi küçələrini su basıb