Gürcüstandan yüngül avtomobil ixracının 77,7%-i iki ölkəyə – Qazaxıstan və Qırğızıstana düşür.
QafqazTürk Media xəbər verir ki, Sakstat-ın məlumatına görə, bu ilin 10 ayı ərzində 88 235 avtomobil reeksport edilib ki, bunun da 68 619 ədədi yuxarıda sadalanan iki ölkədə olub.
Saxstat-ın məlumatına əsasən, bu ilin yanvar-oktyabr aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə Gürcüstandan yüngül avtomobillərin ixracı 13,5% artıb.
Bu il on ayda ümumi dəyəri 2 milyard dollardan çox olan 88 235 ədəd yüngül avtomobil ixrac edilib.
Onu da qeyd etmək lazımdır ki, hesabat dövründə Gürcüstandan avtomobillərin böyük hissəsi Qırğızıstan və Qazaxıstana ixrac edilib ki, bu da ümumi avtomobillərin 77,7%-ni təşkil edir.
Daha dəqiq desək, Qırğızıstana ümumi dəyəri 963,9 milyon dolları ötmüş 27,2 min avtomobil ixrac edilib.
Qırğızıstana gəlincə, qeyd olunan ixrac bazarına 620,1 milyon dollardan çox dəyərində 41 419 ədəd yüngül avtomobil ixrac edilib.
Məlumatlar göstərir ki, Qırğızıstanda vergilərsiz bir avtomobilin orta ixrac qiyməti Qazaxıstanla müqayisədə 2,4 dəfə baha olub. O cümlədən, Qırğızıstanda bir yüngül avtomobil orta hesabla 35 439 ABŞ dollarına, Qazaxıstanda isə 14 972 ABŞ dollarına satılıb.
Qırğızıstan və Qazaxıstana avtomobillərin təkrar ixracının belə yüksək tempi bir neçə dəfə Qərb mətbuatının diqqət mərkəzində olub. Bu ilin oktyabrında mediada Gürcüstanın sanksiyaya məruz qalan mallar üçün tranzit mərkəzinə çevrilə biləcəyi barədə xəbər dərc olunmuşdu. Rusiya Ukraynanın bir neçə ərazisini işğal etdikdən sonra ən böyük avtomobil istehsalçıları Rusiyadakı fəaliyyətlərini dayandırdılar, aktivlərini satdılar və onların arasında avtomobil idxalını dayandırdılar.
Bundan əlavə, eyni dövrdə Aİ və G7 ölkələri bahalı malların, o cümlədən avtomobillərin Rusiyaya tədarükünə qadağa qoyub. Daha sonra bunun ardınca istənilən qiymətə yeni və işlənmiş avtomobillərə, o cümlədən elektrik və hibrid minik avtomobillərinə qadağa qoyuldu.
Bu ilin sentyabrında Sky News lüks avtomobillərin Gürcüstan üzərindən Rusiyaya necə gəlməsi barədə süjet hazırladı.
Jurnalist araşdırmasına görə, sanksiyaların tətbiqindən sonra Gürcüstandan Rusiyaya dəbdəbəli avtomobillərin ixracı sıfıra enib, bununla belə, qonşu ölkələrə – Ermənistan, Azərbaycan, Qırğızıstan və Qazaxıstana ixrac artıb, burada gömrük rəsmiləşdirilməsi, qeydiyyatı və sonra Rusiyaya ixrac həyata keçirilib.