• 10 Mart 2025 00:56

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Gürcüstanda atmosfer havasında, bərk hissəciklərin tərkibində artım qeydə alınıb

ByTürkan Şahverdova

Mar 9, 2025
Another advertisement

Ətraf Mühitin Mühafizəsi Milli Agentliyinin məlumatına görə, martın 9-dan Gürcüstanda atmosfer havasında, bərk hissəciklərin (PM10, PM2.5) tərkibində artım qeydə alınıb ki, bu da əsasən transsərhəd çirklənmə ilə bağlıdır və səhra toz kütlələrinin cənubdan və cənub-şərqdən kiçik yayılması ilə əlaqədardır.

Onların məlumatına görə, Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Ətraf Mühitin Mühafizəsi üzrə Milli Agentliyi avtomatik stansiyalar vasitəsilə atmosfer havasının keyfiyyətinə davamlı olaraq nəzarəti davam etdirir.

“Maraqlanan şəxslər atmosfer havasının keyfiyyəti portalının https://air.gov.ge/saytında “Tövsiyələr” bölməsində havanın keyfiyyəti haqqında məlumatla tanış olmaq, həmçinin sağlamlıqla bağlı tövsiyələr almaq imkanına malikdir”, – məlumatda deyilir.