This is a specific ad

Gürcüstanda aprel ayında yaşayış minimumu nə qədər idi? – Sakstat açıqlayır

26

Another advertisement

2023-cü ilin aprelində mart ayı ilə müqayisədə Gürcüstanda yaşayış minimumu azaldıb.

QafqazTürk xəbər verir ki, bu barədə Milli Statistika Xidmətinin verdiyi məlumat verir.

Məlumata əsasən bu ilin mart ayında əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 256,0 lari idisə, aprel ayında isə bu göstərici 4 lari və 20 qəpik azalaraq ümumilikdə 251,8 lari təşkil edib.

Milli Statistika Xidməti yaşayış minimumunu minimum istehlak səbəti əsasında müəyyən edir. Minimum istehlak səbəti əmək qabiliyyətli yaşda olan insanın həyati və əmək qabiliyyəti üçün fizioloji cəhətdən zəruri olan qida miqdarını əhatə edir. Minimum istehlak səbəti 40 məhsuldan ibarətdir. Bunlara: çörək, taxıl, ət, süd məhsulları, tərəvəz və qənnadı məmulatlar daxildir.

Sonrakı yazı
Volodimir Zelenski Böyük Britaniyaya səfər edib
Öncəki yazı
İlia Darçiaşvili: Gürcüstan bütün öhdəlikləri alnı açıq, üzü ağ yerinə yetirir – ƏTRAFLI