This is a specific ad

Gürcüstanda ailələrin istehlak məhsullarına aylıq xərclədiyi məbləğ – STATİSTİKA

45

Another advertisement

Gürcüstanda ailələr istehlak məhsullarına ayda 1 450 lari xərcləyirlər.

QafqazTürk.com xəbər verir ki, bu barədə “Qalt və Taqqart”ın araşdırmasında qeyd olunub.

Araşdırmaya görə, sürətli istehlak malları (FMCG) sektoru 2018-2023-cü illər arasında orta hesabla 14,2% artıb və 2024-2028-ci illərdə 10% böyüməyə davam edəcək.

“FMCG sektoru, baxmayaraq ki, turizmin bərpası və miqrant axını 2022-ci ildə əhəmiyyətli töhfə verib, yerli əhalinin istehlakı hesabına böyüyür (illik artım 33,5%). 2023-cü ildə bazanın yüksək olması səbəbindən bu təsir zəifləyib”, – deyə araşdırmada qeyd olunub.

Bununla yanaşı, 2023-cü ildə bir ailənin FMCG məhsullarına aylıq xərcləri 1450 lari təşkil edib ki, bu da xərclərin 45,1%-ni təşkil edir.

Araşdırmaya əsasən, turist və miqrantların xərclərinin 80%-dən çoxu Tbilisi və Batumidə bölüşdürülür.

Kateqoriya: İqtisadiyyat
Sonrakı yazı
İrakli Qaribaşvili vəzifəsini tərk edir
Öncəki yazı
მთავრობის ადმინისტრაციაში ირაკლი ღარიბაშვილის ბრიფინგი დაინიშნა