This is a specific ad

Gürcüstanda abortla bağlı yeni qaydalar

44

Another advertisement

“Hamiləliyin süni şəkildə dayandırılması haqqında” qanuna səhiyyə nazirinin əmri ilə dəyişiklik həyata keçirilib.

Qafqaztürk xəbər verir ki, yeni qaydalar yanvarın 1-dən qüvvəyə minəcək.Qaydaya əsasən, hamiləliyin 12 həftəyə qədər (daxil olmaqla) könüllü olaraq dayandırılmasına hamilə qadının tibb müəssisəsində ilkin müsahibəsi – abortdan əvvəl mama-ginekoloqun məsləhətləşməsi və abort üçün fikirləşməyə verilən 5 günlük gözləmə müddəti keçdiyi halda icazə verilir.

Yeddi həftə müddətinə qədər olan hamiləliyin süni şəkildə dayandırılması məqsədilə istənilən üsulla tibbi müdaxilə yalnız mamalıq-ginekoloji fəaliyyətlə məşğul olmaq hüququ olan stasionar tipli tibb müəssisəsində sertifikatlı mama-ginekoloq tərəfindən həyata keçirilir.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
İrakli Qaribaşvili: “Çoxlu maneələrə, daxili və xarici düşmənlərin əməllərinə baxmayaraq, bu gün ölkəmiz, xalqımız qalib gəldi”
Öncəki yazı
Tbilisidə Zəfər Günü ilə bağlı aksiya keçirilib