This is a specific ad

Gürcüstanda 2023-cü ildə baş verən zorakılıq hallarının statistikasını açıqladı

56

Another advertisement

Daxili İşlər Nazirliyinin məlumatına görə, 9 ayda Gürcüstanda 5920 nəfər ailə zorakılığının qurbanı olub – onlardan 4977-si qadın, 943-ü isə kişidir. Cinayəti törədən şəxslərin 4785-i kişi, 867-si isə qadındır.

Qafqaztürk xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyi 2023-cü ilin yanvar-sentyabr aylarını əhatə edən Gürcüstanda məişət zorakılığı və qadınlara qarşı zorakılığın yenilənmiş statistikasını dərc edib.

Statistik məlumatlara görə, araşdırma dövründə 1764 fiziki zorakılıq, 6059 psixoloji zorakılıq, 76 iqtisadi zorakılıq, 26 cinsi zorakılıq, 64 məcburiyyət, 44 baxımsızlıq faktı qeydə alınıb.

Qadınlara qarşı zorakılığa gəlincə, Daxili İşlər Nazirliyinin statistikasına əsasən, 2023-cü ilin 9 ayında 525 qadın zorakılığın qurbanı olub. Araşdırma zamanı 94 fiziki zorakılıq, 940 psixoloji, 1 iqtisadi, 15 cinsi və 15 məcburetmə faktı qeydə alınıb.Müəyyən edilmiş hallarda cinayəti törədənlərin 505-i kişi, 29-u qadındır. Araşdırmalar dövründə Daxili İşlər Nazirliyi tərəfindən 573 məhdudlaşdırıcı tədbir seçilib.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Qazaxıstanda yaşı 25-dən aşağı olanlar üçün qumar oyunları qadağan oluna bilər
Öncəki yazı
Bu bizim Rusiyaya, işğala cavabımızdır – Zurabişvili Avropa Komissiyasının tövsiyəsi barədə