This is a specific ad

Gürcüstanda ən çox yayılmış 5 avtomobil markası

260

Another advertisement

Hazırki ilin məlumatına görə, Gürcüstanda 1 729 081 nəqliyyat vasitəsi qeydiyyatdadır ki, bu da ötən illə müqayisədə 48 645 ədəd çoxdur.

QafqazTürk Media xəbər verir ki, bu barədə məlumatı Milli Statistika Xidməti yayıb.

Ölkə üzrə ilk on avtomobil markası belə görünür:

1) MERCEDES-BENZ (215 447);

2) TOYOTA (187 022);

3) FORD (165 974);

4) VAZ (153 579);

5) OPEL (146 876);

6) BMW (81 236);

7) VOLKSWAGEN (74 066);

8) NISSAN (69 592);

9) HONDA (67 465);

10) MITSUBISHI (55 157).

Milli Statistika Xidməti bildirir ki, cari ilin məlumatına görə, Tbilisidə 685 034 avtomobil qeydiyyatdadır və bu da ötən illə müqayisədə 62 860 ədəd çoxdur.

Məlumat üçün bildirək ki, 2023-cü ildə Gürcüstanda 1 680 436 avtomobil qeydiyyata alınıb ki, onlardan 622 174-ü təkcə paytaxtdadır.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Bu ölkənin baş nazirinə zərfdə güllə göndərilib
Öncəki yazı
Külli miqdarda bəyan edilməmiş qızıl məmulatların ölkəyə gətirilməsinin qarşısı alınıb