This is a specific ad

Gürcüstana ən çox turistin gəldiyi 15 ölkə

52

Another advertisement

Bu ilin 1-ci rübündə Gürcüstana 1 300 551 beynəlxalq səyahətçi səfər edib. Bunlardan digər səfərlər (qeyri-turizm) 143 204, beynəlxalq ziyarətçilər tərəfindən edilən səfərlər isə 1 157 347 olub.

QafqazTürk.com xəbər verir ki,bu barədə Milli Turizm Administrasiyası 2024-cü ilin 1-ci rübünün nəticələrində qeyd edib.

Məlumata görə, 2024-cü ilin 1-ci rübündə beynəlxalq səyahətçilərin səfərlərinin sayı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 7,6%, pandemiyadan əvvəlki 2019-cu ilin eyni göstəricisindən isə 19,6% azdır.

2024-cü ilin yanvar-mart aylarında beynəlxalq ziyarətçilərin həyata keçirdikləri səfərlərə əsasən, ilk 15 ölkə belə görünür:

Türkiyə – 254 577 ziyarətçi;
Rusiya – 215 468 ziyarətçi;
Ermənistan – 191 830 ziyarətçi;
Azərbaycan – 51 466 ziyarətçi;
İsrail – 46 789 ziyarətçi;
İran – 28 811 ziyarətçi;
Qazaxıstan – 27 874 ziyarətçi;
Ukrayna – 24 538 ziyarətçi;
Hindistan – 20 645 ziyarətçi;
Belarusiya – 17 236 ziyarətçi;
Polşa – 11 734 ziyarətçi;
Almaniya – 11 005 ziyarətçi;
Filippin – 10 551 ziyarətçi;
Çin – 9905 ziyarətçi;
Özbəkistan – 9863 ziyarətçi.

Kateqoriya: İqtisadiyyat
Sonrakı yazı
UEFA-dan AVRO-2024 ilə bağlı mühüm dəyişiklik
Öncəki yazı
Kobaxidze: “Gürcüstan Azərbaycan-Aİ “yaşıl dəhliz”i üzrə tərəfdaşlarla sıx əməkdaşlıqda maraqlıdır”