Bu ilin yanvar-fevral aylarında Gürcüstana 2 milyard dollara yaxın mal idxal olunub.
QafqazTürk.com xəbər verir ki, idxal olunan əsas mallardan biri də məhsullar onluğunda altıncı yeri tutan telefon aparatları olub.
Gürcüstandan telefonların alınmasına 52 milyon 266 min dollar xərclənib ki, bu da ötən ilin müvafiq dövrünün idxalından 10,5% çoxdur.
Rəsmi statistikaya görə, bu ilin ilk iki ayında telefon aparatlarının əsas idxal bazarı Birləşmiş Ərəb Əmirlikləri olub. İdxalın 42,9%-i bu ölkədən daxil olub. Gürcüstana ən böyük ixrac edən on ölkə aşağıdakılardır:
- Birləşmiş Ərəb Əmirlikləri – 22,4 milyon dollar, 30 ton;
- Çexiya – 10 milyon dollar, 6 ton;
- Vyetnam – 7 milyon dollar, 24 ton;
- Hindistan – 2,2 milyon dollar, 1 ton;
- İsveç – 2,1 milyon dollar, 13 ton;
- Honq Konq – 2 milyon dollar, 16 ton;
- Hollandiya – 1,6 milyon dollar, 4 ton;
- Çin – 1 milyon dollar, 16 ton;
- Avstriya – 644 min dollar, 10 ton;
- Kipr – 459 min dollar.
Sakstat-ın rəsmi məlumatına görə, bu müddət ərzində ölkəyə telefon cihazları idxal edən top 10 idxalçı şirkətin siyahısı belədir:
- Elit Electronics;
- Aiplus MMC;
- Aisit;
- Alta;
- Alpha Distribution LLC;
- Gebruder Weis MMC;
- Ayesbis MMC;
- MMC Zoomer Georgia;
- Magticom MMC;
- Omega Ltd.
Statistikaya görə, 2022-ci ildə ölkədə telefon cihazlarının ümumi idxalı 43,2% artaraq, 323 milyon 640 min dollar təşkil etmişdir. İdxal nisbəti son 10 ilin rekordu olub. Ölkəmizə ötən il ən çox telefon ixrac edən ölkə Birləşmiş Ərəb Əmirlikləri olub.
Qeyd olunur ki, cari ilin iki ayında telefon ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə azalıb. 2022-ci ilin Yanvar-fevral aylarında Gürcüstandan 4 milyon 779 min dollar dəyərində telefon ixrac edilib ki, bunun da böyük hissəsi reeksport edilib. Əsas ixrac bazarları Qazaxıstan, Ermənistan və Azərbaycan olub.