This is a specific ad

Gürcüstana ən çox investisiyanın daxil olduğu ölkələr

25

Another advertisement

2023-cü ilin III rübündə Gürcüstana yatırılan birbaşa xarici sərmayələrə görə, ən böyük investor ölkələri aşağıdakı kimi bölüşdürülüb:

1. ABŞ – 51,8 milyon
2. Böyük Britaniya 45,8 milyon
3. Hollandiya 45,3 milyon

Ən böyük sərmayədar beş ölkənin payı investisiyaların ümumi həcminin 58,7%-ini təşkil edir.

2023-cü ilin 3-cü rübündə ən böyük investor ölkələrin payı:

ABŞ – 16,4%;
Böyük Britaniya – 14,5%;
Hollandiya – 14,3%;
Türkiyə – 7,4%;
Çin – 6,1%;
İspaniya – 5,2%;
Azərbaycan – 5,2%;
Qazaxıstan – 4,9%;
Danimarka – 4,4%;
Malta – 4,3%;
Digər ölkələr – 17,2%.

2023-cü ilin III rübündə ən böyük birbaşa xarici investisiya maliyyə və sığorta fəaliyyəti sektoruna qoyulmuş və 80,2 mln. ABŞ dolları təşkil edib ki, bu da ümumi birbaşa xarici investisiyaların 25,4%-ini təşkil edir.

İkinci yeri nəqliyyat sektoru tutur – 61,9 mln. ABŞ dolları (19,6%), üçüncü yerdə isə 41,0 mln. ABŞ dolları dəyərində infrastruktur və rabitə (13,0%).

İqtisadiyyatın beş ən böyük sektorunun payı investisiyaların ümumi həcmində 77,3% təşkil edir. 2023-cü il üçün yenidən işlənmiş məlumatlar 15 avqust 2024-cü ildə dərc olunacaq ki, bu da məlumatlarda dəyişikliklərə səbəb ola bilər.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Bolnisidə avtomobil qəzası baş verib – 2 azyaşlı ölüb
Öncəki yazı
Ortaçalada tikintisi planlaşdırılan amfiteatr