2022-ci ildə Gürcüstan ümumilikdə 162 milyon 74 min 640 ABŞ dolları dəyərində ət idxal edib ki, bu da rekord göstəricidir.
QafqazTürk xəbər verir ki, ötən il ən çox 57 milyon 540 min 920 ABŞ dolları dəyərində ət məhsulları Braziliyadan, 19 nilyon 920 min 330 ABŞ dolları dəyərində Türkiyədən, 13 milyon 296 min 230 ABŞ dolları dəyərində isə Çindən ət gətirilib. Dördüncü və beşinci yerləri isə müvafiq olaraq 11 milyon 278 min 60 və 10 milyon 9 min 900 dollar dəyərində ət ixracı üzrə Ukrayna və Hollandiya tutur.