This is a specific ad

Gürcüstan yanacaq idxalını dayandırmaq istəyir

293

Another advertisement

Gürcüstanda neft emalı zavodu gələn il fəaliyyətə başlamalıdır və bu, layihə ölkədə həyata keçirilən ən böyük investisiya layihələrindən biridir. Gürcüstanda ən böyük özəl sərmayələr Kulevi neft emalı zavodunun həyata keçirilməsinə yatırılıb.

QafqazTürk Media xəbər verir ki, bu barədə ölkə hökumətinin başçısı İrakli Kobaxidze bildirib.

Onun sözlərinə görə, zavodun yaradılmasının ilkin mərhələsinin büdcəsi 110 milyon dollara, NEZ-in ümumi xərcləri isə 700 milyon dollar təşkil edir.

Tikinti işlərini “Black Sea Petroleum” şirkəti həyata keçirir. İlk mərhələdə ildə 1,2 milyon ton neft emal edəcək zavod 2025-ci ilin martında fəaliyyətə başlamalıdır. Zavodda nafta, dizel və mazut istehsal olunacaq. 2026-cı ildə neft emalı zavodu öz gücünü 4 milyon tona çatdıracaq. Gələcəkdə benzin və təyyarə yanacağı da istehsal etmək mümkündür.

Sputnik yazır ki, Black Sea Petroleum Gürcüstanı tamamilə milli yanacaq-sürtkü materiallarına keçirəcək və Gürcüstan artıq neft məhsullarını ixrac edəcək.

Kateqoriya: Dünya, İqtisadiyyat
Sonrakı yazı
Milli Ətraf Mühit Agentliyindən əhaliyə xəbərdarlıq
Öncəki yazı
Salome Zurabişvili: “Mən həbs olunacağam”