• 06 Mart 2025 23:11

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Gürcüstan XİN rəhbəri Mirzoyanla regionu müzakirə edib

ByTürkan Şahverdova

Mar 6, 2025
Another advertisement

Ermənistan və Gürcüstanın xarici işlər nazirləri (XİN) Ararat Mirzoyan və Maka Boçorişvili Cənubi Qafqaz regionunda aktual məsələləri müzakirə ediblər.

QafqazTürk Media verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Telefon danışığı zamanı XİN başçıları ikitərəfli gündəlik və regional məsələlər barədə fikir mübadiləsi aparıblar.

Onlar, həmçinin yüksək səviyyəli Ermənistan-Gürcüstan siyasi dialoqu çərçivəsində nəzərdə tutulan gələcək proqramları müzakirə ediblər.