• 01 Dekabr 2023 18:40

Gürcüstan XİN başçısı Rusiyanın viza rejiminin ləğvi qərarını alqışlayıb

Avatar photo

BySalo Salahlı

May 10, 2023

Gürcüstan Rusiyanın bu ölkə ilə viza rejiminin ləğv etməsi qərarını alqışlayır.

Qafqaztürk TASS-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan xarici işlər naziri İlya Darçiaşvili bildirib.

Onun sözlərinə görə, Rusiya Federasiyasında bir milyondan çox Gürcüstan vətəndaşı yaşayır. Nazir qeyd edib ki, onların Gürcüstanda yaşayan qohumları və yaxınları ilə çox sıx əlaqələri var: “Qərar vətəndaşlarımızın gündəlik həyatını asanlaşdıracaq”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Gürcüstan vətəndaşlarına tətbiq edilən viza rejimini ləğv edib. Qərar mayın 15-dən qüvvəyə minəcək.

39270cookie-checkGürcüstan XİN başçısı Rusiyanın viza rejiminin ləğvi qərarını alqışlayıb