This is a specific ad

Gürcüstan və Qətər arasında əməkdaşlıq memorandumu imzalanıb

58

Another advertisement

Vitse baş nazir, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili və Qətər Dövlətinin nəqliyyat naziri Casim bin Saif Əhməd Al Sulayt Gürcüstan və Qətər Dövləti arasında dənizçi sertifikatlarının qarşılıqlı tanınmasına dair əməkdaşlıq memorandumu imzalayıblar.

QafqazTürk.com xəbər verir ki, məlumatı İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin mətbuat xidməti yayır.

Məlumata əsasən, memorandumun imzalanması gürcü dənizçilərinin işlə təmin olunmasına töhfə verəcək.

Qeyd edək ki, Gürcüstan dənizçilərin sertifikatlarının tanınması ilə bağlı dünyanın 72 ölkəsi ilə memorandum imzalayıb və Qətər bu müqaviləni imzalayandan sonra 73-cü ölkə olub.

Məlumatı İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin mətbuat xidməti yayır.

Kateqoriya: İqtisadiyyat
Sonrakı yazı
ABŞ səfiri: “Gənc diplomat olanda Bakı-Ceyhan boru kəmərinin reallaşdırılması layihəsində Gürcüstanla birlikdə işləmişəm”
Öncəki yazı
İran ABŞ-yə xəbərdarlıq edib