This is a specific ad

Qonşu ölkə Ermənistan, Azərbaycan və Türkiyədə iqtisadi artım necədir? – Statistika

79

Another advertisement

Ölkəmiz Gürcüstan və qonşu ölkələri Azərbaycan, Ermənistan və Türkiyədə iqtisadi artım necədir, region ölkələrinin iqtisadiyyatlarının statistik göstəriciləri məlumdur:

QafqazTürk media xəbər verir ki,bu barədə məlumat Milli Statistika Xidmətindən əldə olunub.

Gürcüstan:

2024-cü ilin ilk 5 ayında Gürcüstan iqtisadiyyatı 9,3% artıb, artıma informasiya texnologiyaları sektorunun dövriyyəsi, eləcə də maliyyə və sığorta sektorlarında, tikinti və logistika sahəsində artım müsbət təsir edib.

Azərbaycan:

Azərbaycanın Milli Statistika Komitəsi Ermənistandan fərqli olaraq iyun ayı üzrə iqtisadi artım rəqəmlərini də açıqlayıb ki, bu rəqəmlərə əsasən Azərbaycan iqtisadiyyatı 2024-cü ilin ilk 6 ayında 4,3% artıb. Onların arasında statistik məlumatlara görə, hazırda iqtisadi artımın əsas hərəkətverici qüvvəsi qeyri-neft sektorudur ki, bu sektorda artım 6,9% təşkil edib.

Bütövlükdə, 2024-cü ilin ilk 6 ayında Azərbaycan iqtisadiyyatının həcmi 59,5 milyard manat təşkil edib.

Ermənistan:

Ermənistan Milli Statistika Xidmətinin dərc etdiyi hesabata görə, 2024-cü ilin may ayında ölkə iqtisadiyyatı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,2% artıb. Statistikaya görə, iqtisadi artıma həyata keçirilən ixrac müsbət təsir göstərib,hansı ki, 57% artaraq 957 milyon dollar təşkil edib.


Türkiyə:

Türkiyə iqtisadi artım nəticələrini aylıq dərc etmir, Türkiyə Statistika Xidməti artımı rüblük əsasda hesablayır, ona görə də hazırda yalnız 2024-cü ilin birinci rübünün nəticələri mövcuddur ki, bu da 5,7%-i təşkil edərək real iqtisadi artımı göstərirdi .

Statistika Xidmətindən verilən məlumata görə, 2024-cü ilin may ayında Türkiyədən əvvəlki illə müqayisədə 11,3% çox olmaqla 24,7 milyard dollarlıq mal ixrac edilib, idxal isə 30,6 milyard dollar olub ki, bu da əvvəlki ilə nisbətən 10,4% az olub.

Bununla yanaşı,Türkiyədə yüksək inflyasiya səviyyəsi qalmaqdadır,hansı ki,2024-cü ilin iyununda 71.6%-i təşkil edib.

 

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
“Sarfi” və “Qırmızı Körpü” gömrük məntəqələrində külli miqdarda pul vəsaitinin qanunsuz idxalının qarşısı alınıb
Öncəki yazı
Ölüm, çevriliş və ya hərbi məğlubiyyət – Putin hakimiyyətdən necə gedəcək?