This is a specific ad

“Gürcüstan vətəndaşlığı haqqında” qanuna dəyişikliklər bu gün Milli Məclisin Bürosuna təqdim olunacaq

57

Another advertisement

Hökumətin təşəbbüsü ilə “Gürcüstan vətəndaşlığı haqqında” qanuna nəzərdə tutulan dəyişikliklər Milli Məclisdədir və müzakirəyə başlamaq üçün bu gün, iyunun 12-də Büroya təqdim olunacaq.

QafqazTürk.com xəbər verir ki, qanunlayihəsi Ədliyyə Nazirliyi tərəfindən hazırlanıb və layihəyə əsasən vətəndaşlığı olmayan şəxs digər əcnəbilərdən fərqli olaraq adi qaydada – Gürcüstanda 5 il qanuni yaşadıqdan sonra Gürcüstan vətəndaşlığını alacaq. Adi qaydada vətəndaşlıq əldə etmək üçün o, Gürcüstan ərazisində müəssisədə iştirak payı və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olmalı, dövlət dilini, tarixi və hüququn vacib olan əsaslarını bilməsi, habelə Gürcüstanda işləməsi, daşınmaz əmlaka, paya və ya mülkə malik olması ilə əlaqədar həmin qanunla müəyyən edilmiş digər tələblərə cavab verməlidir.

Bununla yanaşı, Gürcüstan vətəndaşlığını almaq istəyən şəxslərin Gürcüstanın dövlət dilini, Gürcüstanın tarixini və hüququn vacib olan əsaslarını bilmə səviyyəsi Gürcüstan vətəndaşlığının verilməsi üçün ərizə təqdim etməzdən əvvəl həmin qurum tərəfindən yoxlanılacaq. Müvafiq prosedur, bilik səviyyəsinin yoxlanılması qaydası və rüsumun məbləği ədliyyə nazirinin əmri ilə müəyyən edilir.

Bundan əlavə, Gürcüstan vətəndaşlığının verilməsi üçün agentliyə və ya Gürcüstanın diplomatik nümayəndəliyinə və ya müraciət etmək imkanı verən Gürcüstan dövlət dilinin, gürcü tarixinin və hüququnun vacib olan əsaslarını bilmə səviyyəsinin yoxlanılmasının nəticələri bir il müddətində etibarlı olacaq.

“Gürcüstan vətəndaşlığı haqqında” qanuna nəzərdə tutulan dəyişikliklərin təqdim etdiyi daha bir yenilik ondan ibarətdir ki, vətəndaşlığa qəbul yolu ilə Gürcüstan vətəndaşlığını almaq üçün müraciətə mənfi qərar verildiyi halda müvafiq orqanlara təkrar müraciət müddəti 1 ildən 6 aya endirilir.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Ukrayna daha bir yaşayış məntəqəsini azad etdi
Öncəki yazı
Ukrayna Rusiya əsirliyindən 95 müdafiəçini geri qaytarıb