This is a specific ad

Gürcüstan və Azərbaycanın şahmat milliləri üz-üzə gələcəklər

63

Another advertisement

Gürcüstan və Azərbaycanın şahmat milliləri arasında yoldaşlıq oyunu keçiriləcək.

QafqazTürk.com xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov deyib.

O, funksioner yığmanın şahmat olimpiadasına hazırlaşdığını və bu səbəbdən 5 əsas oyunçunun Azərbaycan çempionatına qatılmadığını deyib.

Azərbaycanda şahmata böyük dövlət dəstəyi var. Qadın şahmatçılarımız son dövrlərdə yaxşı nəticələr qazanırlar. Hədəfimiz 2025-ci ildən başlayaraq, bütün güclü şahmatçıların ölkə çempionatında iştirakını təmin etməkdir. Buna mütləq nail olacağıq. Xüsusi proqram və təqvim hazırlanmalıdır“, – deyə Mahir Məmmədov bildirib.

O, budəfəki ölkə çempionatının maraqlı keçdiyini vurğulayıb.

Çempion olan Ayan Allahverdiyeva 2023-cü ili uğurla başa vurmuşdu. 18 yaşlılar arasında dünya çempionu olmuşdu. Son məqamda çempionata qatılmağa qərar verdi. Son ana kimi qalibin adına aydınlıq gəlməmişdi. Onun indiki uğurlarının təsadüf olmadığı hiss edilir. Azərbaycan Şahmat Federasiyası milli çempionata xüsusi önəm verir“, – deyə M.Məmmədov qeyd edib.

Federasiya rəhbəri İddiaçılar Turnirinə qatılacaq Nicat Abasovun hazırda Bakıda təlim-məşq toplanışında olduğunu sözlərinə əlavə edib.

Onunla işləyən komandanın üzvlərini açıqlaya bilmərik. Hazırlıq gedir. Nicata dövlət və federasiya tərəfindən dəstək var. Bu, vacib turnirdir. Şahmatçımıza uğurlar arzulayırıq“, – Mahir Məmmədov əlavə edib.

Kateqoriya: İdman
Sonrakı yazı
Çempionlar Liqası: Bu gün “İnter” ev, Dortmund “Borussiya”sı isə səfər oyununa çıxacaq
Öncəki yazı
Azərbaycan-Gürcüstan sərhədində gözləyən avtomobillərin sayı