Gürcüstan və Azərbaycanın Biznes Assosiasiyaları arasında görüş keçirilib – FOTO

0

Tbilisidə Gürcüstan və Azərbaycan Biznes Assosiasiyaları arasında görüş keçirilib.

QafqazTürk.com xəbər verir ki, rəsmi şəxslərin, Azərbaycan və Gürcüstan iş adamlarının iştirakı ilə keçirilmiş tədbir çərçivəsində bir sıra sənədlər, o cümlədən KOBİA və Gürcüstanın Biznes Assosiasiyası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. 

Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Gürcüstanın Biznes Assosiasiyasının icraçı direktoru Levan Vepxvadze imzalayıblar.

Memorandumda KOB sahəsində yeniliklərə dair məlumat və KOB-lara dəstək və xidmətlərin göstərilməsi üzrə qarşılıqlı təcrübə mübadiləsi, ticarət və innovasiya sahəsində sahibkarlar arasında əlaqələrin təşviqi, bu istiqamətdə müxtəlif platformaların yaradılmasına dəstək, KOB-lar arasında əməkdaşlığın gücləndirilməsi üçün birgə tədbirlərin təşkili və s. kimi məsələlər nəzərdə tutulur.

Görüşdə Gürcüstan-Azərbaycan biznes forumu çərçivəsində KOBİA və assosasiya arasında imzalanmış əməkdaşlıq haqqında Razılaşma Memorandumundan irəli gələn məsələlər və əməkdaşlıq perspektivləri müzakirə edilib.

0
0
Kateqoriya: Siyasət
Sonrakı yazı
Macarıstanın Baş naziri: “Ərdoğanın qələbəsi bizə nəfəs kimi lazım idi”
Öncəki yazı
Marneulidən olan cüdoçu avropa kubokunun qalibi olub – VİDEO