Azərbaycan Milli Məclisinin payız sessiyası çərçivəsində keçirilən ilk iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” müzakirəyə çıxarılıb.
QafqazTürk.com xəbər verir ki, layihəyə əsasən, Azərbaycan və Gürcüstan aşağıdakı sahələrdə əməkdaşlıq edəcək:
– Hərbi təhsil, treninq və təlimlər;
– Müdafiə və təhlükəsizlik siyasəti;
– Sülhməramlı və humanitar əməliyyatlar;
– NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində əməkdaşlıq;
– Silahlara nəzarət və tərksilah;
– Hərbi qanunvericilik;
– Maddi-texniki təminat;
– Mülki-hərbi əməkdaşlıq;
– Müdafiə sahəsində kibertəhlükəsizlik;
– Hərbi xəritəçilik;
– Hərbi tibbi xidmətlər;
– Sosial, idman və mədəni tədbirlər;
– Humanitar minatəmizləmə;
– Qarşılıqlı maraq kəsb edən digər məsələlər.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarıldıqdan sonra qəbul edilib.