This is a specific ad

Gürcüstan vətandaşının idarə etdiyi yük maşını Şəkidə aşıb

19

Another advertisement

Gürcüstan vətandaşının idarə etdiyi avtomobil daşıyan qoşqulu TIR aşıb.

‘Qafqaztürk”ün əldə etdiyi məlumata görə, hadisə Azərbaycanın Şəki-Qax avtomobil yolunda, Şəki rayonun İnçə kəndi ərazisində baş verib.

Gürcüstan vətandaşının idarə etdiyi, minik avtomobilləri daşıyan TIR Qax istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun kənarındakı çökəkliyə aşıb.

Hadisə yerinə Azərbaycan Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub, aşan maşın qaldırıcı kran vasitəsilə dərədən çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Əli Əsədov: Gürcüstanda tarixən Azərbaycan xalqının mədəniyyətinə rəğbət bəslənilib
Öncəki yazı
Deputat: “Gürcüstan Ermənistanla Azərbaycan arasında sülhün əldə olunmasına çalışır”