This is a specific ad

Gürcüstan vətəndaşlığı almaq prosedurları sadələşdirilir

53

Another advertisement

Parlament üçüncü oxunuşda 84 səslə “Gürcüstan vətəndaşlığı haqqında” qanuna vətəndaşlıq prosedurunu təkmilləşdirmək və sadələşdirmək məqsədi daşıyan dəyişikliyi yekdilliklə qəbul edib.

Qafqaztürk xəbər verir ki, yeni qanun layihəsi, ölkə ərazisində 5 və daha çox il ərzində Gürcüstanda yaşayan heç bir ölkənin vətəndaşlığına malik olmayan şəxslər müvafiq şərtlərə cavab verdikdə Gürcüstan vətəndaşlığını almaq imkanı veriləcək.

Qanunverici orqanın qəbul etdiyi sənədə, maraqlanan şəxslərin Gürcüstanın dövlət dilini, Gürcüstan tarixini və hüququn əsaslarını bilmə səviyyəsinin yoxlanılmasını nəzərdə tutur.

Dəyişikliklər həyata keçirildikdən sonra:

Gürcüstan vətəndaşlığını almaq istəyən şəxs Dövlət Xidmətlərinin İnkişafı Agentliyinə müraciət etməzdən əvvəl imtahan verməlidir;

Mənfi nəticə olduqda, agentlik vətəndaşlığın verilməsi ilə bağlı rəsmi prosedurlara artıq başlamayacaq, bununla da həm vətəndaşların, həm də qurumun vaxtına və resurslarına qənaət ediləcək;

İmtahanın uğursuz keçməsi halında şəxs yenidən imtahan vermək hüququna malik olacaq. İmtahan verildikdə onun nəticələri bir il qüvvədə olacaq;

Gürcüstan vətəndaşlığının alınması ilə bağlı müraciətdən sonra mənfi cavab olduğu halda vətəndaşlığın alınması prosedurunun yenidən başlanması müddəti bir ildən 6 aya endirilir;

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı qarşısında götürdüyü öhdəliyə əsasən, vətəndaşlığı olmayan şəxslərin Gürcüstanda vətəndaşlıq alması üçün 10 illik yaşayış müddəti 5 ilə endiriləcək

Kateqoriya: Maraqlı
Sonrakı yazı
“Starlink” internet xidməti Gürcüstanda aktivləşdirilib
Öncəki yazı
Marneulidə bu yolda nəqliyyatın hərəkəti məhdudlaşacaq