Xaricdə yaşayan həmvətənlər üçün Gürcüstan vətəndaşlığının alınması prosedurları sadələşdirilir
Qafqaztürk xəbər verir ki, bu barədə Gürcüstanın ədliyyə naziri Rati Breqadze hökumətin bugünkü iclasından sonra bildirib.
“Bildiyiniz kimi, Gürcüstan Konstitusiyasına əsasən, dövlət xaricdə yaşayan soydaşlarla əlaqələrin saxlanması və inkişaf etdirilməsi qayğısına qalır. Məhz buna görə də bizim tərəfimizdən belə bir qərar qəbul edildi ki, vətəndaşlıq almaq üçün prosedurları mümkün qədər sadələşdirək. Bu məqsədlə Gürcüstan vətəndaşlığını almaq istəyən şəxs Dövlət Xidmətlərinin İnkişafı Agentliyinə vətəndaşlıq üçün müraciət etməzdən əvvəl müvafiq testdən keçməlidir və qeyri-qənaətbəxş nəticələr olduğu halda, agentlik vətəndaşlığın verilməsi ilə bağlı rəsmi prosedurlara daha başlamayacaq.
Digər dəyişiklik imtahandan kəsildiyi təqdirdə şəxsin məhdudiyyətsiz yenidən imtahan vermək hüququna malik olacağına işarə edir. Müsbət nəticə verərsə, bir il etibarlı olacaq. Gürcüstan vətəndaşlığını almaq üçün ərizə ilə bağlı yekun mənfi qərar olduqda, vətəndaşlığın verilməsi prosedurunun yenidən başlanması müddəti bir ildən altı aya endirilir ki, bu da Gürcüstan vətəndaşlığını almaq istəyənlər üçün xeyli fayda olacaq.
Digər bir düzəliş isə bizim beynəlxalq öhdəliklərimizlə bağlıdır. Xüsusilə, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı qarşısında götürdüyü öhdəliyə əsasən, vətəndaşlığı olmayan şəxslərin Gürcüstanda vətəndaşlıq alması üçün 10 illik yaşayış müddəti 5 ilə endiriləcək”- deyə Rati Breqadze bildirib