Yunanıstanın Saqqız adasında 30 yaşlı Gürcüstan vətəndaşı qadın 65 hektar meşə sahəsini yandırıb.
Adada 85 yanğın baş verib.
Yerli mətbuat gürcü qadının artıq günahını etiraf etdiyini yazır. O, bildirib ki, iyunun 23-də yanğın baş verən yerdə siqaret kötüyünü söndürüb.
KİV-in məlumatına görə, qadın evdə köməkçi işləyir.
Yanğın bazar günü baş verib və onu söndürmək üçün işlər hələ də davam edir.