İsraildə rəsmi səfər çərçivəsində Gürcüstanın daxili işlər naziri Qela Qeladze və İsrail Dövlətinin milli təhlükəsizlik naziri İtamar Ben Qvir arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Daxili İşlər Nazirliyinin bəyanatına görə, bu sənəd iki ölkə arasında polis əməkdaşlığının genişlənməsinə xidmət edəcək. Razılaşmaya əsasən, miqrasiya departamentləri və polis akademiyaları arasında təcrübə mübadiləsi aparılacaq, həmçinin birgə layihələr həyata keçiriləcək.