Tbilisidə səfərdə olan “Çin Dəmir Yolları” Dövlət Korporasiyasının baş direktorunun müavini Sun Suyudenin başçılıq etdiyi nümayəndə heyəti “Gürcüstan Dəmir Yolları” Səhmdar Cəmiyyətinin baş direktoru David Peradze ilə görüşüb.
QafqazTürk Media xəbər verir ki, Çin tərəfi Qazaxıstan, Azərbaycan və Gürcüstan dəmir yolları arasında Orta Dəhlizin inkişafı üzrə yaradılmış “Middle Corridor Multimodal Ltd.” birgə müəssisəsinə qoşulmaq niyyətini bəyan edib. Məqsəd Orta Dəhliz üzrə Çindən konteyner daşımalarının səmərəli əlaqələndirilməsi, tariflərin şəffaflığı və sabit sistemin yaradılmasıdır.
Gürcüstan Dəmir Yolu” SC-nin baş direktoru David Peradze Çinin Orta Dəhlizin inkişafı üzrə yaradılan birgə müəssisəyə qoşulmaq istəyini dəstəkləyib.
Qeyd edək ki, birgə əməkdaşlığın Orta Dəhliz üzrə yükdaşımaların həcminin artırılmasında, şəffaflığın təmin olunmasında mühüm əhəmiyyət kəsb edəcəyi vurğulanıb.