This is a specific ad

Gürcüstan və Çin arasında vizasız rejim tətbiq olunacaq

68

Another advertisement

Biz Çin vətəndaşları üçün vizasız rejim tətbiq etmək barədə qərar qəbul etmişik.

Qafqaztürk.com xəbər verir ki, bu barədə hökumətin iclası başlamazdan əvvəl baş nazir İrakli Qaribaşvili bildirib.

Baş nazirin sözlərinə görə, əsas maraqlardan biri Çindən daha çox turistin gəlməsi və iqtisadi sərmayələrdir.

“Turizm bizim üçün çox önəmlidir. Keçən il turizmdən 3 milyard 500 milyon dollar birbaşa gəlir əldə etmişik. Bu il biz daha çox gəlir gözləyirik. Biz başqa bazarlarda işləyirik, ölkəyə daha çox turist cəlb etmək istəyirik. Çin bu gün dünyanın ikinci iqtisadiyyatıdır.Bizim əsas maraqlarımızdan biri Çinlə ticarət və iqtisadi əlaqələrin gücləndirilməsidir. Məqsəd Çindən daha çox investisiya cəlb etmək,o cümlədən daha çox turist cəlb etməkdir. Mənim səfərim bu məqsədə və ümumiyyətlə, strateji əməkdaşlığın yekunlaşmasına xidmət etdi.Əsas komponent ticarət-iqtisadi əlaqələrin gücləndirilməsi olacaq.

Çin vətəndaşları üçün vizasız rejimi tətbiq etmək qərarına gəldik. Biz müvafiq fərman verəcəyik. Təbii ki, Gürcüstana daha çox turistin gəlməsi vacib və həvəsləndirici olacaq.

Demək istəyirəm ki, çinli turistlər dünyanın ən arzuolunan turistlərindən biri hesab olunurlar.

Mən Çin hökumətinin və sisteminin effektivliyini qeyd etmək istərdim. Baş nazirlə görüşümdən 2-3 gün sonra Çindən nümayəndə heyəti gəldi. Biz Çinlə daha çox reyslər, birbaşa uçuşlar əlavə etmək istəyirik, istəyirik ki, təkcə Çindən deyil, digər ölkələrdən də daha çox turist gəlsin. Mümkün qədər çox turist ecazkar ölkəmizi, insanları görsün. İnanıram ki, bütün bunlar xalqımızın rifahı naminə edilir”, – deyə baş nazir bildirib

Kateqoriya: İqtisadiyyat, Siyasət
Sonrakı yazı
ჩინეთის მოქალაქეებისთვის საქართველოში უვიზო რეჟიმი ამოქმედდება
Öncəki yazı
პრეზიდენტის წინააღმდეგ საიმპიჩმენტო განაცხადს 80 დეპუტატი აწერს ხელს