This is a specific ad

Gürcüstan və Azərbaycan dəmir yolu müəssisəsi yaradıb

233

Another advertisement

Gürcüstan-Azərbaycan Marabda-Kartsaxi dəmir yolu hissəsini idarə etmək üçün birgə müəssisəsi yaradıb.

QafqazTürk Media xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən məlumat verilib.

Azərbycan Dəmir Yollarının açıqlamasına görə, şirkət Gürcüstanın BTKİ Dəmir Yolları ilə birgə müəssisə yaradıb. Birgə şirkət Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin və bu xətt üzrə dəmir yolu daşımalarının daxil olduğu Marabda-Kartsaxi infrastrukturunun idarə edilməsini öz üzərinə götürəcək.

“Şirkət çərçivəsində Azərbaycan və Gürcüstanın birgə səyləri regional nəqliyyat əlaqələrinin gücləndirilməsinə, xüsusən də Orta Dəhlizin potensialından istifadəyə yönəldiləcək”, – məlumatda deyilir.

Məlumat üçün bildirək ki, təxminən il yarım əvvəl İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsinin genişləndirilməsinə 100 milyon dollardan çox sərmayə qoyulacağını bəyan etmişdi. İşlər 1,5 ilə tamamlanmalı idi.

Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci il oktyabrın 30-da istifadəyə verilib. Layihə çərçivəsində 68 km-i Türkiyə, 30 km-i isə Gürcüstan ərazisində olmaqla 98 km-lik Qars-Axalkalaki dəmir yolu xətti çəkilib. Eyni layihə ilə Gürcüstanda 183 km-lik Axalkalaki-Tbilisi dəmir yolu hissəsinin yenidən qurulması işləri aparılıb. Bakı-Tbilisi-Qars dəmir yolunun ümumi uzunluğu 827 km-dir.

Kateqoriya: Dünya
Sonrakı yazı
Litvanın müdafiə naziri – Ukraynanın Kursk şəhərinin işğalı Vladimir Putinin açıq-aşkar alçaldılmasıdır
Öncəki yazı
Meymunçiçəyi yayılır – fövqəladə vəziyyət elan edildi