Bu gündən etibarən əcnəbilər Gürcüstan vətəndaşlığı üçün müraciət etməzdən əvvəl gürcü dili imtahanı verə biləcəklər.
İmtahanlardan keçmək üçün testlər Ədliyyə Evinin internet saytında yerləşdirilib.
Testlərə lüğət, qrammatika və oxuyub-anlama üzrə suallar daxildir.
“Nəticələr bir il müddətində qüvvədə olacaq”, – hökumətin qərarında deyilir.
Sınaq Gürcüstanın xaricdəki diplomatik nümayəndəliklərində və konsulluqlarında mümkün olacaq