Another advertisement
Gürcüstan və Türkmənistan ölkələr arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri barədə qərar qəbul ediblər.
QafqazTürk.com xəbər verir ki, IV Hökumətlərarası İqtisadi Komissiyanın iclası keçirilib.
İclasın protokolunu Gürcüstanın iqtisadiyyat naziri Levan Davitaşvili və Türkmənistanın ticarət və xarici iqtisadi əlaqələr naziri Begenç Qoçmollayev imzalayıblar.
Prioritet sahələr arasında enerji, nəqliyyat, kənd təsərrüfatı, həmçinin rəqəmsal dəhlizin inkişafı, turizm və ticarət var.