This is a specific ad

Gürcüstan-Ukrayna matçının biletləri bu tarixdən satışda olacaq

212

Another advertisement

UEFA Millətlər Liqasının 2024-2025-ci il mövsümünün üçüncü oyununda Gürcüstan millisinin rəqibi Ukrayna olacaq.

QafqazTürk Media xəbər verir ki, bu barədə məlumatı Milli komanda yayıb.

Əldə olan məlumata görə, sentyabrın 18-i saat 12:00-da http://TKT.GE vasitəsilə Gürcüstan azarkeşləri üçün biletlərin satışına başlanılacaq.

Biletin qiyməti 32 lari (45 Polşa zlotu) olacaq. Hər bir müştəri matçda iştirak etmək üçün maksimum iki bilet ala bilər.

“Nəzərinizə çatdırırıq ki, hər bir müştəri öz pasport nömrəsini/şəxsi nömrəsini və əlaqə məlumatlarını (mobil telefon nömrəsi və e-mail) təqdim etməlidir. Siz təyin olunmuş biletinizi oyunun başlamasına 3 gün qalmış göstərilən elektron poçt vasitəsilə alacaqsınız”-deyə yayılan məlumatda bildirilir.

Xatırladaq ki, qarşılaşma Polşanın Poznan şəhərində keçiriləcək.

Kateqoriya: Cəmiyyət, İdman
Sonrakı yazı
Davit Şerazadişvili seçkiqabağı kampaniya çərçivəsində görüşlərini Tetritskaroda davam etdirir
Öncəki yazı
Dəhşətli hadisə- Liftin xarab olması bir nəfərin ölümünə səbəb oldu