Another advertisement
Millətlər Liqasının üçüncü turunda Ukrayna və Gürcüstanın futbol komandaları arasında keçirilən görüş 1:0 hesabı ilə başa çatıb.
QafqazTürk Media xəbər verir ki, qarşılaşmada yeganə qolu Mixailo Mudrik vurub. Görüş Polşanın Poznan şəhərində keçirilib.
Qeyd edək ki, Gürcüstan millisi oktyabrda daha bir oyun keçirəcək. Oktyabrın 14-də Gürcüstan yığması səfərdə məğlub olduğu Albaniya yığması ilə qarşılaşacaq.