This is a specific ad

Gürcüstan Türkiyədən NATO standartlarına uyğun zirehli transportyorlar alıb

16

Another advertisement

Gürcüstanın Müdafiə Qüvvələri Türkiyədən NATO standartlarına uyğun yeni “VURAN” zirehli transportyorları alıb. Hərbi texnikanın tədarükü Türkiyə ilə Gürcüstan arasında hərbi əməkdaşlığın möhkəmləndirilməsi ilə bağlı imzalanmış müqaviləyə əsasən həyata keçirilib.

QafqazTürk.com  xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Gürcüstanın Müdafiə Qüvvələrinin 4-cü piyada briqadasının Vaziani hərbi poliqonunda zirehli texnikalarının təhvil verilməsi mərasimi keçirilib.

Tədbirdə müdafiə nazirinin müavini Serqo Canelidze, Müdafiə Qüvvələri komandanının müavini, briqada generalı İrakli Çiçinadze, Türkiyənin Gürcüstandakı səfiri Ali Kaan Orbay və müdafiə attaşesi iştirak ediblər.

Türkiyə Milli Müdafiə Nazirliyinin tabeliyində olan “ASFAT” şirkətinin baş meneceri də tədbirdə iştirak etmək üçün Gürcüstana gəlib.

“VURAN” avadanlığı və alt sistemləri olan zirehli avtomobillər NATO standartlarına uyğundur.

Bildirilir ki, Gürcüstanın Müdafiə Qüvvələrinin qeyd olunan zirehli texnika ilə təchiz edilməsi ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə, Türkiyə ilə Gürcüstan arasında əməkdaşlığın dərinləşməsinə əhəmiyyətli töhfə verəcək.

Kateqoriya: Siyasət
Sonrakı yazı
აზერბაიჯანის სახელმწიფო კომიტეტის თავმჯდომარე ოფიციალური ვიზიტით საქართველოში იმყოფება
Öncəki yazı
Azərbaycan Dövlət Komitəsinin sədri Gürcüstanda səfərdədir