This is a specific ad

Gürcüstan – Türkiyə sərhədində yeni gömrük-keçid məntəqəsinin açılışı olub

73

Another advertisement

Gürcüstan-Türkiyə sərhədində, “Vale” gömrük-keçid məntəqəsinin sərhəd tərəfində yenilənmiş “Türkgözü” gömrük keçid məntəqəsinin açılışı olub.

Açılış tədbirində Türkiyə tərəfinin dəvəti ilə Gürcüstanın maliyyə nazirinin birinci müavini Qiorqi Kakauridzenin başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.

Gürcüstan nümayəndə heyətinin üzvləri türkiyəli həmkarları ilə birlikdə yenilənmiş infrastruktura baş çəkib, gömrük nəzarəti prosedurları ilə tanış olublar.

Maliyyə nazirinin birinci müavini çıxış edərkən maliyyə naziri Laşa Xuçişvilinin adından türkiyəli həmkarlarını yenilənmiş gömrük infrastrukturunun açılışı münasibətilə təbrik edib və iki ölkə arasında gömrük sahəsində sıx əməkdaşlığın vacibliyini vurğulayıb ki, bu da öz növbəsində infrastruktur layihələri ilə yanaşı, gömrük prosedurlarının təkmilləşdirilməsi və sadələşdirilməsi, nəqliyyat vasitələrinin, malların və sərnişinlərin rahat hərəkətinin təmin edilməsi və ticarətin stimullaşdırılması ilə bağlıdır.

Kateqoriya: Gündəm
Sonrakı yazı
Türkiyə millisi ilk dəfə Avropa çempionu oldu
Öncəki yazı
საქართველო-თურქეთის საზღვარზე, განახლებული საბაჟო გამშვები პუნქტი “თურქ-გოზუ” გაიხსნა