• 21 Fevral 2025 03:37

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Gürcüstan-Türkiyə sərhədində qeyri-adi hadisə: Dəyəri 50 mindən çox olan tısbağalar ələ keçirilib

ByTürkan Şahverdova

Fev 16, 2025
Another advertisement

Türkiyə Ticarət Nazirliyinin Gömrük Mühafizəsi dəstələri tərəfindən Gürcüstanla sərhəddəki Sarp sərhəd keçid məntəqəsində bazar dəyəri 655 milyon lirə (51 Min Lari) olan 910 ədəd su tısbağası ələ keçirilib.

QafqazTürk Media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Yükün skan edilməsi zamanı şübhəli sıxlıq aşkar edilib. Bu, ətraflı axtarışa səbəb olub.

Əməkdaşların diqqəti nəticəsində qanunsuz yollarla Gürcüstan tərəfindən Türkiyəyə gətirilən canlılar xilas edilib.

Faktla bağlı genişmiqyaslı araşdırma başladılıb.