Gürcüstan-Türkiyə sərhədində qeyri-adi hadisə: Dəyəri 50 mindən çox olan tısbağalar ələ keçirilib

81

Türkiyə Ticarət Nazirliyinin Gömrük Mühafizəsi dəstələri tərəfindən Gürcüstanla sərhəddəki Sarp sərhəd keçid məntəqəsində bazar dəyəri 655 milyon lirə (51 Min Lari) olan 910 ədəd su tısbağası ələ keçirilib.

QafqazTürk Media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Yükün skan edilməsi zamanı şübhəli sıxlıq aşkar edilib. Bu, ətraflı axtarışa səbəb olub.

Əməkdaşların diqqəti nəticəsində qanunsuz yollarla Gürcüstan tərəfindən Türkiyəyə gətirilən canlılar xilas edilib.

Faktla bağlı genişmiqyaslı araşdırma başladılıb.

Kateqoriya: Cəmiyyət, Maraqlı, Region
Sonrakı yazı
Rustaveli prospektində etiraz aksiyası davam edir – yol bağlanıb
Öncəki yazı
Yaxın günlərin hava şəraiti ilə bağlı meteoroloqdan xəbərdarlıq