“Gürcüstan tarixən Avropanı Asiyaya, Şərqi isə Qərbə bağlayıb, biz Gürcüstanın bu tarixi funksiyasını mümkün qədər bərpa etmək istəyirik”.
QafqazTürk Media xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze eksklüziv müsahibəsində bildirib.
Hökumət başçısı qeyd edib ki, bu məqsədlə infrastrukturun inkişafına investisiyalar yatırılır.
“Gürcüstan tarixən Avropanı Asiya ilə, Şərqi isə Qərblə birləşdirib. Biz Gürcüstanın bu tarixi funksiyasını mümkün qədər bərpa etmək istəyirik. Biz bunun üçün çox işlər görürük, infrastrukturumuza – magistral yollara, dəniz limanlarına, hava limanlarına, dəmir yollarına sərmayə qoyuruq. Bu investisiyalar Gürcüstan üçün yeni imkanlar yaradır. Biz müvafiq ölkələrlə, ticarətin hər iki tərəfində – Avropa, ABŞ, eyni zamanda, Cənubi Qafqaz, Mərkəzi Asiya və Çin ölkələri ilə tərəfdaşlığımızı daha da gücləndirmək istərdik. İnanıram ki, indiki – çox müsbət – dinamika bizim strateji funksiyamızın bərpasına kömək edəcək”, – İrakli Kobaxidze bildirib.