This is a specific ad

Gürcüstan sərhədini qanunsuz keçən şəxslər saxlanılıb

293

Another advertisement

Xarici ölkə vətəndaşları yük maşınında gizlənərək Gürcüstan sərhədini keçiblər – sərhəd polisi 4 nəfəri həbs edib.

QafqazTürk  Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Əldə olan məlumata görə, sərhəd polisi əməkdaşları 1997-ci il təvəllüdlü 4 əcnəbi vətəndaşı həbs ediblər. 1997-ci il təvəllüdlü B.K. 1997-ci il təvəllüdlü H.Ç və 2001-ci il təvəllüdlü F.Ç.  Onlar qrup halında Gürcüstanın dövlət sərhədini qanunsuz keçdikləri üçün həbs ediliblər.

Qeyd edək ki, cinayət 5 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər Türkiyə Respublikasından, qrup halında Xelvaçauri bələdiyyəsinin Sarfi kəndində yerləşən “Sarfi” sərhəd-keçid məntəqəsində yük avtomobilində gizlənərək Gürcüstanın dövlət sərhədini qanunsuz keçiblər”, – deyə məlumatda bildirilir.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin qrup halında Gürcüstanın dövlət sərhədini qanunsuz keçməyi nəzərdə tutan 344-cü maddəsinin 2-ci hissəsinin “A” bəndinə əsasən aparılır.

Kateqoriya: Cəmiyyət, Cinayət
Sonrakı yazı
Bu çiçəyi qoparanlar cərimə olunacaqlar
Öncəki yazı
“Biz seçkilərdə qələbəyə hazırlaşacağıq, müxalifət isə…”-İrakli Kobaxidze